Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Font ResizerAa
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Reading: Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz
Share
Font ResizerAa
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Axtar
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Follow US
  • Advertise
Telif Hakkı © 2024 Türk Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır.
Türkçü Düşüncə Birliyi > Çalışmalar > Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz
ÇalışmalarTürkçü Düşünce Birliyi

Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz

Türkçü Düşüncə Birliyi
Last updated: Ekim 19, 2024 12:49 pm
Türkçü Düşüncə Birliyi
Share
2 Min Read
SHARE

Türkçü Düşüncə Birliyinin təşəbbüsü və Azərbaycan Dövlət Pedaqoji Universitetinin evsahibliyi ilə 20 sentyabr 2023 tarixində Birinci Türkçülük Çalışmaları (BTÇ) arzumuzu gerçəkləşdirdik. Çalışmaların ikinci bölümündə 26 elmi məqalədən ibarət kitab Qanun Yayınları sayəsində işıq üzü gördü. Çalışmaların ikincisini Sosial Tədqiqatlar Mərkəzinin (https://stm.az/az) evsahibliyi və iştirakı ilə 13 may 2024 tarixində gerçəkləşdirdik. Mümtaz Yayımları 28 məqalədən ibarət kitabı düşüncə həyatına ərməğan etdi. Çalışmaların üçüncüsü üçün yola çıxdıq. Üçüncü Türkçülük Çalışmalarının (ÜTÇ) mövzusu konkretdir – keçmiş tariximiz və indiki tarixçiliyimiz.

 

Sovet dönəmində biçimlənmiş “Azərbayan tarixi” aşırı dərəcədə hakim dövlət ideologiyasına və siyasətinə uyğunlaşdırıldı; milli tariximiz dar bir coğrafiyaya pərçimləndi; tarixçilik əslində milli kimliyin aradan qaldırılmasına yönəldi; primordialist/əzəlçi yanaşma cəhdləri yanlış istiqamətə yönləndirildi; əhalinin bilinclənməsi/şüurlanması deyil, xarici ittihamların cavablandırılması əsas alındı; müqayisəli analiz gözardı edildi. 1990’ların çoxcildli yeni rəsmi “Azərbaycan tarixi” də əski problemlərdən arınmadı. Son illərdə işıq üzü görmüş elmi monoqrafiyalar ayrı-ayrı tarix məsələlərinin  aydınlaşdılmasında önəmli rol oynadı. Ancaq bu gəlişmələr soydaşlarımızın tarix bilinci ehtiyaclarını qarşılamaq gücündə deyildir.

 

Halbukı vətəndaşların ortaq tarix bilgisi millətyaradan həssas ünsürlərdən biridir və milli kimliyin mərkəzində yer alır. Günümüzdə tarix bilgilərimiz ortaqlıq, obyektivlik və elmilikdən uzaqdır. Güney Azərbaycanda isə tarix bilgisi, ən həssas milli problemlərimizdən biri olaraq qalır. Bu da milli birliyimizə və milli gücümüzə mənfi təsir etməkdədir.

 

Bu gerçək dərk edilərək Üçüncü Türkçülük Çalışmalarında

  • Sovet dönəmi rəsmi tarixçiliyin özəllikləri;

  • Yeni milli tarixçiliyin prinsipləri;

  • İran rəsmi tarixçiliyi və Türklük;

  • Ortaq Türk tarixi; ortaq Türk tarixində Azərbaycanın yeri

müzakirə mövzuları olaraq seçilmişdir.

 

Tarixdəki qəhrəmanlar və millət qurucuları mövzularına girilməyəcək; bu mövzular gələcək çalışmalarda özəl olaraq ələ alınacaq.

 

ÜTÇ’nin ilk, simpozium bölümündə 6 məruzə dinlənib, müzakirə ediləcək. Tarixçiliyin indiki durumu haqqında sözü və konseptual fikri olanların da qısa çıxışları nəzərdə tutulur. Bundan başqa vurğuladığımız mövzular çərçivəsində təqdim edilən orijinal elmi məqalələr (Chikago Manual of Style formatında) topluda çap üçün qəbul edilə bilər.

 

Üçüncü Türkçülük Çalışmaları simpoziumunun tarixi və yeri haqqında yaxın günlərdə xəbər veriləcək.

You Might Also Like

Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız

Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz başlıqlı simpoziumun sonuc bildirişi:

Üçüncü Türkçülük Çalışmalarının tarixi və yeri bəlli oldu.

“İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” kitabı yayımlandı.

Prof. Dr. Nəsib Nəsibli: Dilimizin yadlaşdırılması

Share This Article
Facebook Twitter Copy Link Print
Share
Türkçü Düşüncə Birliyi
By Türkçü Düşüncə Birliyi
Follow:
Türkçü Düşüncə Birliyi (TDB) olaraq, Türklüyün və Türkçülük düşüncəsinin inkişafı və qorunması üçün çalışırıq. Məqsədimiz, milli kimlik məsələlərinə aydınlıq gətirərək və qalıcı ortaq dəyərlər sistemi yaradaraq, Azərbaycan Türkünün milli şüurunu və birliyini gücləndirməkdir.
Previous Article Dr. Odər Qutluər: Ortaq Türk Əlifbası və Türk Tamğaları
Next Article “İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” kitabı yayımlandı.
Leave a comment

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Ən Son Məqalələr

Ana dili, Türkçülük və “təhlükəsizlik çətiri”
Düşüncələr Sabir Rüstəmxanlı Mart 31, 2025
M. Ə. Rəsulzadənin Dünyagörüşündə Türkçülük – Turançılıq İdeyaları
Düşüncələr Türkçü Düşüncə Birliyi Mart 18, 2025
Prof. Nəsib L. Nəsibli: M. Ə. Rəsulzadənin Türklüyü və Türkçülüyü
Prof. Nəsib Nəsibli Türkçü Düşüncə Birliyi Yazarlarımız Ocak 28, 2025
Azad Qaradərəli: Cümhuriyyət Qiybətçilərinə Bədahətən Cavab – Hekayə
Düşüncələr Türkçü Düşüncə Birliyi Ocak 28, 2025
Dr. Odər Qutluər: Dildə Türkçülüyün Gərəyi
Dr. Odər Qutluər Türkçü Düşüncə Birliyi Yazarlarımız Ocak 12, 2025
Dr. Odər Qutluər: Ortaq Türk Əlifbası və Türk Tamğaları
Dr. Odər Qutluər Türkçü Düşüncə Birliyi Yazarlarımız Eylül 20, 2024
Bakı Birinci Türkçülük Çalışmaları simpoziumu çıxışları. Coşkun Faik Kavala: Azərbaycan və Türk Birliyi
Coşkun Faik Kavala Düşüncələr Ağustos 7, 2024
Bakı Birinci Türkçülük Çalışmaları simpoziumu çıxışları. Fərhat Aznevi: III. Karabağ Savaşı’nın Bütün Azerbaycan Türklerinin Ulus Anlayışına Etkisi
Düşüncələr Ferhat Aznevi Ağustos 7, 2024
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Follow US
Telif Hakkı © 2024 Türkçü Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır. [email protected]
Welcome Back!

Sign in to your account

Lost your password?