Dördüncü Türkçülük Çalışmaları:
Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız
Üçüncü Türkçülük Çalışmalarında (03.12.2024) keçmiş tariximiz və indiki tarixçiliyimizin ümumi məsələləri müzakirə edildi. Çalışmaların materialları artıq yayınlanmışdır. Çalışmaların üçüncüsündə tarixdəki qəhrəmanlarımız və qurucu babalarımız mövzusunu növbəti Çalışmalarda ələ alacağımıza qərar vermişdik. Beləliklə, Dördüncü Türkçülük Çalışmalarının tarixi (25 iyun 2025) və yeri (Xəzər Universiteti) bəlli oldu. Müzakirə olunacaq əsas problemlər bunlardır:
- Tarixdəki qəhrəman (ya tarixi qəhrəman) kimdir, parametrləri nədir?
- Antik dövr ortaq Türk tarixinin qəhrəmanları `bizimki` sayıla bilərmi?
- Sovet tarix elminin `milli qəhrəmanlar` konseptinin mahiyyəti nədir?
- Milli tarix elminin `tarixdəki qəhrəmanlarımız` problemi və bu qəhrəmanların parametrləri nədir?
- Milli həyati maraqlarımıza qarşı çıxanlara “xain” deməliyikmi?
- Sovet və milli tarixçilikdə `qurucu babalarımız` məsələsinin yeri nədən ibarətdir?
- Qurucu babalarımız və onların irsinə nə qədər sahib olmuşuq?
- Ortaq Türk tarixinin ortaq qəhrəmanlar siyahısına kimlər daxil edilməlidir?
Tarix şüurumuzun bu önəmli problemləri haqqında fikri olan şəxsləri bu milli işi gözardı etməməyə çağırırıq.