Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Font ResizerAa
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Reading: “Türkçülüyün Məsələləri” kitabı yayımlandı
Share
Font ResizerAa
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Axtar
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Follow US
  • Advertise
Telif Hakkı © 2024 Türk Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır.
Türkçü Düşüncə Birliyi > Çalışmalar > “Türkçülüyün Məsələləri” kitabı yayımlandı
ÇalışmalarDr. Odər Qutluər

“Türkçülüyün Məsələləri” kitabı yayımlandı

Türkçü Düşüncə Birliyi
Last updated: Ekim 19, 2024 1:25 pm
Türkçü Düşüncə Birliyi
Share
8 Min Read
SHARE

Dr. Odər Qutluərin qələmindən “Türkçülüyün Məsələləri” adlı ikinci kitabımızı təqdim edirik.

“Türkçülüyün Məsələləri”, “Türkçü Düşüncənin Əsasları” ilə birlikdə Azərbaycan Türk fikir tarixində Türkçülüyün nəzəri-ictimai əsaslarının yazıldığı ilk iki əsərdən biridir. Bu mənada TDB-nin təqdim etdiyi ikinci kitabdır.

“Türkçülüyün Məsələləri” əsəri ilk dəfə 16 Dekabr 2022-ci ildə Türkiyədə (Azərbaycan Türkcəsində) yayımlanmışdı.

22 Mart 2024-cü il tarixində isə Mümtaz Yayımlarının təqdimatında Azərbaycanda yayımlandı. Kitabın Azərbaycan basqısına yeni mövzular əlavə edilmiş və həcmcə genişləndirilmişdər.

Odər Qutluərin kitabda yazılan təqdimatını sizlərə təqdim edirik:

“Yalnızca yüksək təhsilli tarixçilərin, sosioloqların və fikir adamlarının deyil, hər sahədən insanımızın rahat bir şəkildə oxuyub anlaya biləcəyi və üzərində düşünərək sorğulayacağı bir kitab yazmağı uyğun gördüm. Sadə xalq dili dedikləri, sadə Türk dilində yazdım. Ona görə ki, bu kitab Türkçülüyün kitabıdır. Türkçülük isə Türk millətinin hər təbəqəsinin ortaq bir milli dəyəridir. Bu milli dəyər sonradan qazanılan dəyərlərdən fərqli olaraq Türk millətinin tarixən var olduğu zamandan bəri onunladır. Bilinən ilk yazılı halı ilə Göy Türk yazıtlarında Türk millətinin var olması qayğısı açıq bir şəkildə ifadə edilmişdir.

Türkçülük kimi bir milli dəyər haqqında yazılanlar hər kəs: fərqli ixtisas və peşələrə yönələcək olan orta məktəb öyrənciləri, fərqli bölümlərdəki ali məktəb öyrənciləri, çeşidli peşələrin ustaları, sənətkarlar və digər məslək sahibləri tərəfindən anlaşılır olmalıdır. Hər kəs Türkçülüklə bağlı yazılanları rahatlıqla anlamalıdır, çünki Türkçülük eyni zamanda bir tərbiyə və təhsil işidir. Bu tərbiyə və təhsil ictimai və siyasi həyatımızın hər sahəsində Türk insanına lazımdır. Təhsilin və tərbiyənin dili nə qədər sadə olarsa, anlaşılması və qavranılması da bir o qədər asan olacaqdır.

Yurdumuzda Türk millətinə yad olan fikir axımları yüz ildən çoxdur ki, kök salmış və bu yad fikir axımlarının nəzəri qaynaqları bir əsrdir ki vardır. Türkçülüyə qarşı olan bu yad fikirlər XX yüzilliyin ilk illərindən başlayaraq bu günə qədər var olmuşdur. Sosyalizim, Kommunizim, Ümmətçilik, Şəriətçilik, Kosmopolitlik kimi adlarla ortaya çıxan fikir axımları günümüzdə bir az rəngini, adını dəyişərək və bir az da fərqli yeni anlayışlara bürünərək yaşamağa davam etdilər. Bütün bu fikir axımlarının tək hədəfi Türk Milliyyət duyğusunu və düşüncəsini yox etmək idi. Gerçəkdən də bütün bu düşüncə təmsilçilərinin bu gününə və geçmişinə ötəri bir nəzər etmək yetərli olar ki, onların Milliyyət anlayışına qarşı olduqlarını görmək mümkün olsun.

Sovet işğalı zamanında Milliyyət anlayışına qarşı mübarizə rejimin bütün vasitələri ilə həyata keçirilirdi. Şeirlərdə milliyyət anlayışı gerilik kimi təqdim edilir, onun yerinə “xalqlar dostluğu” anlayışı təbliğ edilirdi. Yalnızca ədəbiyyat, şeiriyyat deyil, tarixçilik də Türk milliyyət anlayışını zehinlərdən silmək üçün qurulmuşdu. Türk milləti, Azərbaycanda “İranlı” və “Qafqazlı” xalqların dillərinin Türkcələşməsi ilə, daha dəqiq bir ifadə ilə desək dillərində Türkcə ünsürlərin artması ilə “Türkdilli Azərbaycan xalqı” idi. Sadəcə bunlarla deyil, Kommunist rejimin təbliğatı üçün digər özəl kitablar, simgələr, bəstələnən musiqilər, yazılan mahnıların hər biri Milliyyət əleyhdarlığı üçün hazırlanmışdı və milliyyət hissini unutdurmaq üçün bir çaba idi. Rejimin ibtidai məktəb kitabından, ali məktəb kitablarına qədər hər şeydə milliyyət ziddiyyətini görmək mümkün idi. Türkçəmizə çevrilən ədəbi əsərlər, Kommunist rəhbərlərinin çıxışları, Kommunist inqilablarının tarixinə dair yazılanların hər biri bir Kommunist manifestosu idi. Ancaq bütün bunlar Türk Milliyyət duyğusunu və düşüncəsini unutdurmaq üçün yetərli olmadı. Çünki milliyyət həm duyğu, həm də düşüncə idi. Düşüncələr yasaq, duyğular gizli olsa da yaşadı. Bu dövürdə Türkçülüyə dair nə isə yazmaq bir tərəfə qalsın, düşünmək belə imkansız idi. Yəni bir tərəfdə öz fikir dünyasını inkişaf etdirən bir rejim bütün imperiya imkanları ilə buna köklənmiş, bir tərəfdə isə ictimai, siyasi və fikri məsələlərinə dair düşüncənin belə qadağan olduğu Türkçülük var idi. Mühacirətdə olan aydınların yazdığı əsərlər xaricində Türk millətinin milli mənfəətinə dair heç nə yazılmırdı. Bütün bunlar bir millətin milli düşüncəsini nəzəri qaynağından məhrum qoymuşdur.

Milli fikir, millətləri uğura və hədəflərinə çatdıran, onları gücləndirən, mübarizə əzmini artıran milliyyət hissinə əsaslanır. Çağımızın milli fikri yüz il öncə əkilmiş tarladan bəhrələnən və eyni zamanda yeni çağda formalaşan sadə və saf yurdsevərlik şüarlarından ibarətdir. Yüz il öncə əkilmiş milli fikir torpağının artıq dincə qoyulmasının zamanı gəlmişdir. Artıq yeni bir tarlada yeni fikirlərə ehtiyac vardır. Bu fikirlər təməli yalnızca topraq sevgisi olan sadə yurdsevərlikdən fərqli olaraq, milliyyət duyğusunun, milliyyət əsasının qoruyucusu olacaq və Türkçülük şüur və düşüncəsini ictimai-siyasi həyatımızın bütün sahələrində tətbiq edəcəkdir. Ancaq bu yenilik, bəsləndiyimiz və keçmişdə əkilən fikirlərin tamamilə inkarı olmamaqla birlikdə, onlardan yararlanaraq yeni dünya quruluşunda, dəyişən geostrateji dünyada ortaya qoyulması gərəkli olan fikirlərdir. Özəlliklə də milliyyət hissimizin və milli varlığımızın, təhdid və təhrif edildiyi ayrı-ayrı siyasi fikir  cərəyanları qarşısında Türk millətinin Türkçü düşüncə sisteminə ehtiyacı vardır. Çünki Türk millətinin yüksəlişi onun Türkçülük dünyagörüşü əsasında mümkün olacaqdır.

Milliyyətçiliklə bağlı əsərlər ortaya qoyan bir çox mütəfəkkirlər özlərini bəlli bir düşüncə məktəbinə aid edirlər. Yəni hər bir fikir adamının əsaslandığı ya da qidalandığı bir fikri qaynaq vardır. Mən Türkçülüyün qidasını Bilgə Kağanın yazdırdığı kitabədən aldım. Türk milliyyət düşüncəsini, duyğusunu, qayəsini və əməlini ilk dəfə məhz o öz əsərində, qardaşı Köl Tigin üçün yazdırdığı daş kitabədə açıq bir şəkildə ifadə etmişdir. Onun Türk adını atmamağımız, Türk yurdunu tərk etməməyimiz, Türk törəsini buraxmamağımız, Türk dövlətini qorumağımız, yağıların şirin sözünə aldanmamağımız yönündəki öyüdləri, qayğıları Türkçülük əməlini öyrədən ilk əsaslar olmuşdur. Bilgə Kağanın, Türk kimliyini Türk yaşamının bütün dəyərlərində, bütün kimlik adlandırmalarında ifadə etməsi də Türkçülük yönündə mənim üçün izlənilməsi gərəkən bir yol olmuşdur.

Türkçülüyün məsələləri bir kitabda ifadə edilə biləcək qədər kiçik deyildir. Bu kitab, daha çox nəzəri əsaslı məsələləri qapsayır. Ancaq nəzəri əsaslar da bir kitabla və bir nəfərin yazıb bitirə biləcəyi məsələlər deyildir. Bununla birlikdə nəzəri olmayan sosial, ictimai və siyasi məsələlər də vardır ki, bunlar da Türkçülüyün önəmli məsələləridir. Bu cür məsələlərlə bağlı sorunlar hər zaman var olacaqdır. Bu səbəbdən Türk milləti var olduqca Türkçülük də var olacaq və Türk millətinin məsələləri yazılacaq və həll edilməsi üçün qarşıya hədəf olaraq qoyulacaqdır.

Bu kitab uzun illərdir ağlımda düşündüyüm, zehnimi, hissimi məşğul edən fikirlərin, geniş bir zaman dilimində yazıya alınması ilə ortaya çıxmışdır. Bu mövzu düşünülməsi və yazması vacib bir məsələ olduğu üçün  uzun bir zaman ayıraraq Türkçülüklə bağlı düşüncələrimi yığcam bir nəzəriyyə kimi hazırladım. Bu səbəblə kitabın həcmini olduqca qısa tutmağa çalışdım. Şəhidlərimizin və qazilərimizin xidmətləri qarşısında çox kiçik qalacaq bu əsəri yazmağı Türk milləti və Türkçülük üçün bir milli vəzifə olaraq görüb Türk millətinə sovqat edirəm.

Kitabın qapağındakı şəkil rəssam Doç. Dr. Mehmet Sağ tərəfindən çəkilmişdir və mənim üçün böyük bir mənəvi dəyərə sahibdir. Ona görə ki, bu şəkil bir sənətkarın Türkçü bir ruhla yaratdığı və Azərbaycan Türklüyünə pay etdiyi əsərdir. Bu dəyərli əsərindən ötrü Mehmet Sağ bilgəyə minnətdarlığımı ifadə edirəm. Bu sənət əsərini kitabın üz qapağı olaraq yüksək peşəkarlıqla hazırlayan Aziz Sadıqzadə bəyə əməklərindən ötrü təşəkkürlərimi bildirirəm. Son olaraq kitabı Azərbaycanda nəşr edən “Mümtaz” yayınlarına və onun dəyərli naşiri Zaur Həsənzadə bəyə çıxdıqları bu yolda uğurlar diləyir və təşşəkkürlərimi ifadə edirəm. Son olaraq kitabın genişləndirilmiş yeni halını bir filoloq peşəkarlığı ilə oxuyub, dil və üslub baxımından nəşrə hazırlayan Sayalı Həsənzadə xanıma minnətdarlığımı ifadə edirəm. Var olsunlar.”

 

You Might Also Like

Dördüncü Türkçülük Çalışmaları haqqında sonuc bildirişi

Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız

Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız

Dr. Odər Qutluər: Dildə Türkçülüyün Gərəyi

Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz başlıqlı simpoziumun sonuc bildirişi:

Share This Article
Facebook Twitter Copy Link Print
Share
Türkçü Düşüncə Birliyi
By Türkçü Düşüncə Birliyi
Follow:
Türkçü Düşüncə Birliyi (TDB) olaraq, Türklüyün və Türkçülük düşüncəsinin inkişafı və qorunması üçün çalışırıq. Məqsədimiz, milli kimlik məsələlərinə aydınlıq gətirərək və qalıcı ortaq dəyərlər sistemi yaradaraq, Azərbaycan Türkünün milli şüurunu və birliyini gücləndirməkdir.
Previous Article “Birinci Türkçülük Çalışmaları” kitabı yayımlandı
Next Article İkinci Türkçülük Çalışmaları
Leave a comment

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Ən Son Məqalələr

Ana dili, Türkçülük və “təhlükəsizlik çətiri”
Düşüncələr Sabir Rüstəmxanlı Mart 31, 2025
M. Ə. Rəsulzadənin Dünyagörüşündə Türkçülük – Turançılıq İdeyaları
Düşüncələr Türkçü Düşüncə Birliyi Mart 18, 2025
Prof. Nəsib L. Nəsibli: M. Ə. Rəsulzadənin Türklüyü və Türkçülüyü
Prof. Nəsib Nəsibli Türkçü Düşüncə Birliyi Yazarlarımız Ocak 28, 2025
Azad Qaradərəli: Cümhuriyyət Qiybətçilərinə Bədahətən Cavab – Hekayə
Düşüncələr Türkçü Düşüncə Birliyi Ocak 28, 2025
Üçüncü Türkçülük Çalışmalarının tarixi və yeri bəlli oldu.
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 25, 2024
“İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” kitabı yayımlandı.
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 19, 2024
Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz
Çalışmalar Türkçü Düşünce Birliyi Ekim 19, 2024
Dr. Odər Qutluər: Ortaq Türk Əlifbası və Türk Tamğaları
Dr. Odər Qutluər Türkçü Düşüncə Birliyi Yazarlarımız Eylül 20, 2024
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Follow US
Telif Hakkı © 2024 Türkçü Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır. [email protected]
Welcome Back!

Sign in to your account

Lost your password?