Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Font ResizerAa
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Reading: “Birinci Türkçülük Çalışmaları” kitabı yayımlandı
Share
Font ResizerAa
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Axtar
  • Biz Kimik
  • Çalışmalar
  • Yazarlarımız
  • Düşüncələr
  • Qoşulma
Follow US
  • Advertise
Telif Hakkı © 2024 Türk Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır.
Türkçü Düşüncə Birliyi > Çalışmalar > “Birinci Türkçülük Çalışmaları” kitabı yayımlandı
ÇalışmalarTürkçü Düşünce Birliyi

“Birinci Türkçülük Çalışmaları” kitabı yayımlandı

Türkçü Düşüncə Birliyi
Last updated: Ekim 19, 2024 1:26 pm
Türkçü Düşüncə Birliyi
Share
8 Min Read
SHARE
Türkçü Düşüncə Birliyi tərəfindən təşkil edilən Bakı Birinci Türkçülük Çalışmaları simpozium kitabı yayımlanmışdır. Kitabda simpoziumda təqdim edilən bildirişlərin tam mətni yayımlanmışdır. Bakı Birinci Türkçülük Çalışmaları simpozium kitabı Azərbaycan Türk fikir tarixində Türkçülüklə bağlı elmi-nəzəri məqalələrin toplandığı ilk kitabdır.
Kitabın “Önsöz”ünü sizlərə təqdim edirik:

“Dövlət, yanında sağlam millət olduqda güclü və davamlı olur. Yüksəlməsi üçün ölkənin qoşa qanada ehtiyacı vardır. Biri dövlətdirsə, o biri millətdir. Dövlətin varlığı, güclənməsi zərurətindən bəhs edirik.

Bu bir gerçəkdir: Millət, milliyətçilik anlayışlarından, uyğun olaraq faktından bir çoxları qorxur. Halbuki qorxmağa heç gərək yoxdur. Dünya praktikası da açıq-aydın sübut etmişdir: Milliyətçilik qurucu bir hərəkatdır. Əhməd Ağaoğlu demişkən, milliyətçilik elə bir zərurətdir ki, heç bir millət ondan yan keçə bilməz. O, 1909’da yazırdı: “…hər fərdin ömründə olduğu kibi bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir.” Daha sonra Ağaoğlu Avropa  ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində milliyətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir ki: “… cümlə millətlərin ən parlaq mərhələləri həman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o müşəşə [parlaq], o müqtədir, öz ülum, sənayesi ilə ouce-əlayə [yüksəklərə] çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran həman millətçilik, həman nasyonalizm dövrəsi oldu!”[1]

Zərdabi və Şeyx Cəmaləddindən tutmuş Elçibəy və Heyətə qədər bizim düşüncə həyatında izi qalan şəxsiyyətlərimizin hamısı Türklüyümüz üçün savaşmış, minlərlə insanımız pan-Türkist (Türk birliyi) fikirləri və əməllərinə görə repressiyaya məruz qalmışdır. Bu gün ölkəmizin güneyində onlarla milli fəalımız Türkçü, pan-Türkist ittihamı ilə zindanlara atılır. Yad rejimlərin Türk adına və başqa milli dəyərlərimizə düşmən kəsilmələri anlaşılandır. Milli şüuru olmayan soydaşlarımızın isə sayının milyonlarla ölçülməsi anlaşılması çətin, qəbulu mümkün olmayan dramatik gerçəklikdir. Halbuki bu tip insanımız başqa millətlərin öz dəyərlərinə sayğı ilə yanaşmasına həsəd aparır; millət və milliyətçilik haqqında Qərb müəlliflərinin əsərlərindən həvəslə alıntı verir.

Hər şeydən əvvəl, millət haqqında bayat Sovet təsəvvürlərindən, stalinizm irsindən silkinib qurtulmaq lazımdır. Daha doğrusu, Sovetin sırıdığı millət, millətçilik/milliyətçilik qorxusundan azad olmaq gərəkdir. Bu sahədə çox gec qalmışıq. Müstəqilliyimizin 32. ilində “millət”, ”milliyətçilik” anlayışlarına aydınlıq gətirmək vəzifəsi dimdik ayaqdadır. Anayasamızda çox sayda “milli”, yəni millətə aid olan mənasında sözlər vardır. Örnək üçün bir dənə belə “millət” sözünə rast gələ bilməzsiniz. Düşündürücüdür.

Nədən Birinci Türkçülük Çalışmaları adında israr etdik? Çalışma deyəndə nəyi göz önünə gətirdik? Adətən, elmi toplantının qarşılığı olaraq seminar, konfrans, simpozium, kollokvium, Türkiyədə məsələn “çalıştay” anlayışlarından istifadə edilir. Seminar/çalıştay daha canlı, sual-cavablı, müzakirəli-mübahisəli elmi tədbir olduğu üçün məqbul ola bilərdi. Amma bizim təsəvvürümüzdəki çalışmalar’ın seminardan/çalıştaydan başqa bir də kitablaşması mərhələsi vardır.

Nədən Türkoloji,  Türklük deyil, Türkçülük adını seçdik? Bir-birinə zidd deyil, amma fərqli anlayışlardır. Türkçülük elmi olmaqdan daha çox ideoloji anlayışdır, demək gələcəyə yönəlik ideyaları, düşüncələri içinə alır.

Təkrarda fayda vardır; marksizm-leninizmin hakim olduğu Sovet dönəmində, eləcə də  ondan sonra milliyətçilik adətən mürtəce cərəyan sayılır. Uyğun olaraq 1936’dan sonra “Türkçü”, “pan-Türkist” adı ilə onminlərlə adamı buzlu cəhənnəmə – Sibirə göndərdilər, ya da burada güllələdilər. Həmin xof yenə də qalır. Bu xof-qorxu özəlliklə etnik azlıqlar, Türk olmayanlar arasında mövcuddur. Amma əbəsdir. Çünki, Türkçülük şovinizm deyildir, irqçilik heç deyildir. Həsən Bəy Zərdabidən üzü bəri fikir və əməl böyüklərimizin irsini ələk-fələk eləsinlər, Türkçülüyü təmsil edənlərin irsində başqasına nifrət yoxdur. Türkçülük öz varlığını qorumaq, öz problemlərini çözmək, bu milləti yüksəltmək hərəkatıdır.

Bunu da vurğulayaq:  Türkçülük ayrı Turançılıq ayrı. Türkçülüyə Türkiyəçilik kimi baxanlar da var. Yanlış olmasa da, dəqiq deyil. Türkiyə bizim qardaş dövlətdir. Onunla qardaşlıq münasibətləri Turançılıq kateqoriyasına girir.

Elmı toplantımızın adında nədən birinci sözü yer aldı? Qismət olarsa ikincisində dil, üçüncüsündə təhsil məsələlərinə, dördüncüsündə Türkçülük-Azərbaycançılığın bir-birinə münasibətinə… həsr edilən simpoziumların şahidi olacağıq. Türkçü Düşüncə Birliyi’ni görə, bu çalışmalar Türkçülüyün elmi əsaslara oturmasında önəmli rol oynaya bilər.

Birinci Türkçülük Çalışmaları’na lojistik dəstək verməsi və öz mütəxəssislərini bu tədbirə  yönəltməsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tarixi bir addım atmışdır. Türkçü Düşüncə Birliyinin bu təşəbbüsünü müsbət qarşıladığı üçün ona təşəkkür borcluyuq.

xxx

20 sentyabr 2023 tarixində gerçəkləşən Birinci Türkçülük Çalışmaları’nın (BTÇ) ilk, simpozium hissəsində 16 məruzə dinlənildi. Müxtəlif məsələlər haqqında neçə-neçə çıxış oldu. Əslində bu, beynəlxalq simpozium xarakteri aldı. Ölkənin elm adamlarından başqa Türkiyədən və Gürcüstandan da qonaqlar təşrif gətirdilər. Azad elmi ortamda sərbəst fikir mübadiləsi etmək keyfini yaşadıq.

BTÇ, ölkədə Türkçülük mövzusunda ilk elmi müzakirə deyildir.[2] Son da olmayacaq. Bu müzakirələr hər gün hər evdə, hər müəssisədə və idarədə baş verir. Millətimizin adı, keçmişi və gələcəyi, keçmişdəki və indiki qəhrəmanlarımız, qurucu babalarımız, dilimizin durumu, simvollarımız kimi mövzular danışılır, fərqli fikirlər söylənilir, müzakirə, çox vaxt da mübahisə edirik. Çox doğaldır. Çünki sürətli millətləşmə dönəmini yaşayırıq və millətimizin hələ çözülməmiş neçə-neçə problemi qalır. Ona görə də çıxışçılar və qonaqlar BTÇ’nin ideoloji həyatda önəmli təşəbbüsün başlanğıcını qoyacağı ümidini vurğuladılar.

Türkçülük çox geniş mövzu olduğu üçün bir gündə onu hər yanı ilə ələ almaq mümkün deyildir. Ona görə də Çalışmalar’ın birincisində məhdud sayda mövzuları müzakirəyə çıxardıq. Məruzəçilərdən öncədən elan etdiyimiz  mövzulardan kənara çıxmamalarını xahiş etdik. Türkçülük Çalışmaları’nın birincisi üçün üstünlük verdiyimiz mövzular bunlar idi: Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət, milliyət, etnik azlıq anlayışları; Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər; Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi; Tarixi qəhrəmanlarımız sahəsində indiki durum, tarixi qəhrəman anlayışının parametrləri, bu siyahıda yer alacaq gerçək milli qəhrəmanlarımız; Milli günlərimiz və simvollarımız mövzusunun önəmi, bu sahədəki əskiklərimiz; Türkçülük-çağdaşçılıq münasibətləri; Türkçülüyün İslama münasibəti; Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi. Məruzələr və məruzə  ətrafında çıxışlar bu qədər məsələnin bir gündə geniş müzakirəsinin mümkünsüzlüyünü ortaya qoydu.

Simpoziumda dilə gətirilən fikirlər daha artıq adama çatsın və kitablıqlarda gərəkən yerini alsın deyə məruzələrin elmi məqalə şəklinə salınması və çapında israr etdik. Topludakı məqalələrin çoxusu simpoziumda dinlənildi, müzakirə edildi. Elə toplantıda bu məsələlərin hələ çox müzakirəyə nədən olacağı aydın göründü. Bu məsələlərə tabu qoymağın anlamsız olduğu da vurğulandı.

Simpoziuma hakim olan sərbəstlik məqalələrdə də özünü göstərir. Toplunun redaktoru olaraq müəlliflərin fikirlərinə qətiyyən müdaxilə etmədik, müəllifə filan məsələ yanlışdır, onu dəyişdir təklifi etmədik. Çox istəsək də əskı Sovet/Rus yazı qaydalarına əsaslanan indiki yarıtmaz yazı qaydalarına belə əl dəymədik. İstədik Türkçülük düşüncəsində hansı  durumda olduğumuzu topludakı məqalələr də açıq göstərsin. Və təkrar edək – hələ milli məsələlər çox müzakirə edilməli, mübahisələrə nədən olmalıdır. Ki millət, bu dəyərlər haqqında ortaq paylaşılan mövqeyə sahib olsun. Zatən normal  millət olmanın yolu da budur.

[1] Əhməd Bəg Ağayef, Millət və millətçilik, Tərəqqi, 22 yanvar 1909, N 16, s. 2.

[2]Azərbaycan Araşdırmaları Vəqfi olaraq 25-26 aprel 1997 tarixində Bakıda “Azərbaycanın Türkçülük və Azərbaycançılıq problemləri” mövzusunda elmi-nəzəri konfrans təşkil etdik. Konfrans materialları da çap edildi. Azərbaycanın Türkçülük və Azərbaycançılıq Problemləri, Bakı: Ay-Ulduz nəşriyyatı, 1998.

Prof. Nəsib L. Nəsibli,

Birinci Türkçülük Çalışmaları Təşkilat Qrupu adından.

 

Kitabımız “Qanun” nəşriyyatında 400 səhifə həcmində yayımlanmışdır.
Bakıdakı kitab satış mərkəzlərindən kitabı əldə etmək mümkündür.

 

You Might Also Like

Dördüncü Türkçülük Çalışmaları: Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız

Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz başlıqlı simpoziumun sonuc bildirişi:

Üçüncü Türkçülük Çalışmalarının tarixi və yeri bəlli oldu.

“İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” kitabı yayımlandı.

Üçüncü Türkçülük Çalışmaları: Tariximiz və Tarixçiliyimiz

Share This Article
Facebook Twitter Copy Link Print
Share
Türkçü Düşüncə Birliyi
By Türkçü Düşüncə Birliyi
Follow:
Türkçü Düşüncə Birliyi (TDB) olaraq, Türklüyün və Türkçülük düşüncəsinin inkişafı və qorunması üçün çalışırıq. Məqsədimiz, milli kimlik məsələlərinə aydınlıq gətirərək və qalıcı ortaq dəyərlər sistemi yaradaraq, Azərbaycan Türkünün milli şüurunu və birliyini gücləndirməkdir.
Previous Article Birinci Türkçülük Çalışmaları
Next Article “Türkçülüyün Məsələləri” kitabı yayımlandı
Leave a comment

Bir yanıt yazın Yanıtı iptal et

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Ən Son Məqalələr

Ana dili, Türkçülük və “təhlükəsizlik çətiri”
Düşüncələr Sabir Rüstəmxanlı Mart 31, 2025
M. Ə. Rəsulzadənin Dünyagörüşündə Türkçülük – Turançılıq İdeyaları
Düşüncələr Türkçü Düşüncə Birliyi Mart 18, 2025
Prof. Nəsib L. Nəsibli: M. Ə. Rəsulzadənin Türklüyü və Türkçülüyü
Prof. Nəsib Nəsibli Türkçü Düşüncə Birliyi Yazarlarımız Ocak 28, 2025
Azad Qaradərəli: Cümhuriyyət Qiybətçilərinə Bədahətən Cavab – Hekayə
Düşüncələr Türkçü Düşüncə Birliyi Ocak 28, 2025
Dr. Odər Qutluər: Dildə Türkçülüyün Gərəyi
Dr. Odər Qutluər Türkçü Düşüncə Birliyi Yazarlarımız Ocak 12, 2025
Dr. Odər Qutluər: Ortaq Türk Əlifbası və Türk Tamğaları
Dr. Odər Qutluər Türkçü Düşüncə Birliyi Yazarlarımız Eylül 20, 2024
Prof. Dr. Nəsib Nəsibli: Dilimizin yadlaşdırılması
Prof. Nəsib Nəsibli Türkçü Düşünce Birliyi Yazarlarımız Eylül 20, 2024
Bakı Birinci Türkçülük Çalışmaları simpoziumu çıxışları. Coşkun Faik Kavala: Azərbaycan və Türk Birliyi
Coşkun Faik Kavala Düşüncələr Ağustos 7, 2024
Türkçü Düşüncə BirliyiTürkçü Düşüncə Birliyi
Follow US
Telif Hakkı © 2024 Türkçü Düşüncə Birliyi (TDB). Tüm Hakları Saklıdır. [email protected]
Welcome Back!

Sign in to your account

Lost your password?